2 fevral 2026. Bazar ertəsi

Quti Messi və Ronaldo'nu müqayisə etdi


Quti Messi və Ronaldo'nu müqayisə etdi

"Real Madrid"in sabiq futbolçusu Quti Kriştiano Ronaldo və Lionel Messi haqqında danışıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı ulduzun "kral klubu"ndan ayrılmasını komandanın itkisi  hesab edir: "Messi və Ronaldonu müqayisə etsək, mən Messini seçərəm. Amma Ronaldoya da təşəkkür edirəm. O, əla futbolçudur. Məncə, Messi istedadının,  Ronaldo çalışmağının bəhrəsini görür. Ronaldo Messinin olduğu bir dövründə beş dəfə "Qızıl top"  qazana bildi. Bu, inanılmazdır. O, "Real"  üçün son dərəcə vacib futbolçulardan idi. Vurulan qolların çoxluğu ilə yanaşı böyük oyunlarda da özünü göstərirdi. Məncə, "Real" tarixindəki ən yaxşı futbolçulardan birini əlindən buraxdı".

Qeyd edək ki, Q.Ernandes 1994-2010-cu illərdə Madrid təmsilçisinin formasını geyinib.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO