Maksimov "Dinamo"nu çalışdıra bilər
"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov Belarusun "Dinamo" klubunu çalışdıra bilər.
Corner.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis hazırda Brest təmsilçisinin sükanı arxasına keçməyə əsas namizədlərdən biri hesab olunur. Maksimovun həmyerlisi Yuri Kalitvintsevdən "yox" cavabı alan klub rəhbərliyi son olaraq Azərbaycanda işləmiş 50 yaşlı mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.Qeyd edək ki, ötən mövsümün 2-ci yarısında "Keşlə"ni çalışdıran Maksimov paytaxt təmsilçisinə ölkə kubokunu qazandırıb.