2 fevral 2026. Bazar ertəsi

İnyesta 37-cini kubokunu qazandı


İnyesta 37-cini kubokunu qazandı

Andres İnyestanın çıxış etdiyi "Vissel Kobe" Yaponiya Superkuboku matçında "Yokohama" ilə qarşılaşıb.

Corner.az xarici xəbər verir ki, oyunun əsas və əlavə olunmuş vaxtında qalib müəyyənləşməyib- 3:3. Komandalar mübarizəni penaltilər seriyasında davam etdiriblər. Kobe təmsilçisi 3:2 hesabı ilə "Yokohama"nı üstələyərək kubokun sahibi olub.

Andres İnyesta isə matça start heyətdə çıxaraq oyunun sonunadək meydanda olub. 35 yaşlı müdafiəçi bu qələbə ilə karyerasındakı 37-ci kuboku qazanıb.

Qeyd edək ki, A.İnyesta 2018-ci ildən "Vissel Kobe"də çıxış edir.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO