- Xəbər news
- 22:34 14.11.2024
Braziliyalı model Nadcila Trindade Neymarı məhkəməyə verməyə hazırlaşır.
Corner.az xəbər verir ki, ötən il futbolçunu onu zorlamaqda ittiham edən Trindade PSJ-nin hücumçusuna qarşı yeni hüquqi iddia hazırlayır.
Modelin vəkili Kosmi do Santos bildirib ki, Neymarı VİP-fahişə şəbəkəsi cinayətinə bağlılıqda şübhəli bilirlər. Belə bir ittiham irəli sürülüb ki, futbolçu Braziliyadan Fransaya seksual məqsədlərlə qadınlar gətirir.
Neymarın vəkilləri bu iddialara cavab verməyiblər.(qol)