29 yanvar 2026. Cümə axşamı

"Ən istedadlı futbolçu olmadığım dəqiqdir, amma..."


"Ən istedadlı futbolçu olmadığım dəqiqdir, amma..."

Braziliyanın futbol dünyasına bəxş etdiyi simalardan biri olan Kaka açıqlama verib. 

Corner.az Goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı veteran futbolçu braziliyalılar içində ən istedadlı olmadığını, lakin ən peşəkarlardan biri olduğunu dilə gətirib:

"Romario, Rivaldo, Ronaldo, Ronaldinyo kimi ulduzlarla müqayisə olunmaq qürurdur. Təbii ki, onlarla müqayisədə mən ən istedadlı deyiləm. Fikrimcə, braziliyalılar arasında ən peşəkarlardan biri olmuşam. Sadəcə, istedad elə bi şeydir ki, o hər şeyi çözə bilmir. Peşəkarlıq öndə gələn amillərdən biridir".

Qeyd edək ki, Kaka karyerası ərzində San Paolo, Real, Milan, Orlando City kimi komandalarda çıxış edib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO