- Xəbər news
- 22:34 14.11.2024
2018/19 mövsümünün arxada qalan hissəsini uğursuz keçirən Galatasaray-ı ciddi islahatlar gözləyir.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngi 6 futbolçunu komandadan kənarlaşdırmağa qərar verib. Baş məşqçi Fatih Terim ümidləri doğrultmayan futbolçuları müəyyənləşdirib və siyahını rəhbərliyə təqdim edib. Mütəxəssis üç yeni oyunçu da istəyib. Ön xətdən narazı olan Terim iki hücumçu, bir dayaq yarımmüdafiəçisi və bir mərkəz müdafiəçisinin alınması təklifini irəli sürüb.Bu islahatların baş verəcəyi gözlənilən idi. Çünki Çempionlar Liqasının Lokomotiv-lə Moskvadakı görüşündən sonra Terim belə addım atılacağına eyham vurmuşdur. “Azarkeşlər izni ilə yanvar və iyulda əlimizdən gələn, klubumuzun gücü çatanları edəcəyik” deyən mütəxəssis transfer dönəmlərini önə çəkmişdi. Çalışdırıcı futbolçunun pul cərimə və ya əsas komandadan kənarlaşdırılmağının çıxış yolu olmadığını da gizlətməmişdir. Komandanı yenidən quracaq Terim transferə çıxarılmasını istəyi Sərdar Əzizə 4 milyon avro qiymət qoyulub. Onun kimi lazımsız hesab edilən Erenə də özünə klub tapması tapşırılıb.Baş məşqçinin sisteminə uyğun gəlməyən Maykonun satışı üçün Al-İttihad-la danışıqlar başlayıb. Yeni dayaq yarımmüdafiəçisi alınsa, Donk mərkəz müdafiəçisi kimi oynayacaq. Akhisar-dan gələn Ömər Bayramla Muğdat Çelik də “qara siyahı”da yer alıb. Onlara müştəri tapılan kimi hər ikisi göndəriləcək. Galatasaray həm də gözünü Aleks Tellesin transferinə dikib. Porto Türkiyə klubundan 6,5 milyon avroya aldığı oyunçunu Atletico-ya satsa, “sarı-qırmızılar”da bu keçiddən payını alacaq. Anlaşmaya əsasən madridlilərin vermək istədiyi 40 milyon avronun 10 faizi İstanbul klubuna çatmalıdır.