- Xəbər news
- 01:00 22.01.2026
"Porto"nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olacağını təsdiqləyib.
Corner.az xəbər verir ki, bu barədə ispaniyalı qapıçı sosial şəbəkələrdəki hesabında yazıb. 38 yaşlı qolkiper bu qərarının "Porto" rəhbərliyinə bildirdiyini də vurğulayıb.
İ.Kasilyas seçkilərdə hazırkı prezident Luis Rubialesə rəqib olacaq.
Qeyd edək ki, seçkilər bu ilin payızında keçiriləcək.