Kasilyas karyerasını bitirdi
"Porto"nun qapıçısı İker Kasilyas karyerasını başa vurub.
Corner.az xəbər verir ki, bunu klub prezidenti Jorje Nunu Pinto Portuqaliya mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, Kasilyas tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən açıqlayacaq. Ötən ilin mayında infarkt keçirən 39 yaşlı qolkiper həmin vaxtdan oyunlara çıxmır.Qeyd edək ki, Kasilyas İspaniya Futbol Federasiyasının prezidentliyi vəzifəsinə namizəddir.Qeyd edək ki, İspaniya millisinin və “Real”ın əfsanəvi futbolçusu yığmada (2000-2016) 167 oyun keçirib. O, “Porto”ya qədər ancaq “Real”da çıxış edib.Kasilyas 2015-ci ildən “Porto”da oynayırdı.