Real Madrid-in müdafiəçisi və kapitanı Serxio Ramos 2018-ci təqvim ilində nə klub, nə də yığma (İspaniya) səviyyəsində keçirdiyi rəsmi oyunlarda bir dəfə də olsun qırmızı vərəqə almayıb.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, bu, aldığı qırmızı vərəqələrin sayına görə Primeronun rekordçusu olan (19 dəfə) 32 yaşlı futbolçunun karyerasında ilk dəfədir baş verir.
Ramos 2018-ci ildə 24 sarı vərəqə alıb: 16 — Primeroda, 4 — Çempionlar Liqasında, 2 — dünya klub çempionatı oyunlarında, 1 — dünya çempionatı matçlarında və 1 — UEFA Superkubokunda, lakin bununla belə heç bir halda meydandan qovulmayıb.