- Xəbər news
- 22:34 14.11.2024
Millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident kuboku"nun 1/4 final mərhələsi oyununa çıxıb.
Corner.az xəbər verir ki, komanda "Şabab Əl-Əhli" ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu 45+2-ci dəqiqədə məhz Almeyda penaltidən qeyd edib. Bu, onun yeni klubunda ilk qolu olub.
Bu qələbə ilə "Baniyas" yarımfinala yüksəlib.
Qeyd edək ki, R.Almeyda qış transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin klubuna transfer olunub.