Koronavirus daha bir ölkədə futbolu dayandırdı
Cənubi Koreya çempionatında ilk turun oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
Corner.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır. Cənubi Koreya çempionat fevralın 29-na start götürməli idi.Qeyd edək ki, Cənubi Koreyada 700-dən çox insanda koronavirus aşkarlanıb. Artıq 7 nəfər bu səbəbdən vəfat edib.Xatırladaq ki, bu virusa görə Çində bütün idman yarışları aprelə qədər dayandırılıb. İtaliya və digər bir sıra ölkələrdə də artıq bir neçə oyun təxirə salınıb.(qol)