30 noyabr 2024. Şənbə

Qarabağ Avropada dördüncü oldu


Qarabağ Avropada dördüncü oldu

Avropanın milli futbol liqalarında ən az qol buraxan komandaların siyahısı açıqlanıb.

Corner.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb. Qitənin ən az qol buraxan 4-cü komandası məhz Ağdam klubudur.

Qurban Qurbanovun komandası bu mövsüm ölkə çempionatında 18 turda cəmi 7 qol buraxıb. Komanda hər oyunda orta hesabla 0,39 qol buraxıb

Siyahıya Çexiyanın “Slaviya” klubu başçılıq edir. Təl-Əviv “Makkabi”si 2-ci, Yunanıstan “Olimpiakos”u 3-cü pillədə qərarlaşıb.

Avropa liqalarında ən az qol buraxan 5 komanda

1. “Slaviya” (Çexiya) – 0,23 (5/22)
2. “Makkabi” (Təl-Əviv, İsrail) – 0,28 (7/25)
3. “Olimpiakos” (Yunanıstan) – 0,36 (9/25)
4. “Qarabağ” (Azərbaycan) – 0,39 (7/18)
5. “Ludoqorets” (Bolqarıstan) – 0,41 (9/22)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir