6 dekabr 2025. Şənbə

Ukraynalı hücumçu futboldan uzaqlaşdırıldı


Ukraynalı hücumçu futboldan uzaqlaşdırıldı

UEFA Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Artyom Besedini  cəzalandırıb.

Corner.az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı hücumçunun qanında dopinq aşkarlandığından bir il müddətinə futboldan uzaqlaşdırılıb.


“Dinamo” cəza ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Qeyd edək ki, Kiyev klubunun yetirməsi 2013-cü ildən bu komandada oynayır. 







Xəbər news