- Xəbər news
- 22:34 14.11.2024
"Manchester City" klubunun baş məşqçisi Josep Guardiola İngiltərə Premyer Liqasının XXI turunda qarşılaşacaqları "Liverpool"la oyun haqqında fikirlərini bölüşüb.
Corner.az "Report"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis rəqiblərini dünyanın və Avropanın ən yaxşı komandası hesab edib: "Liverpool" hazırda Avropa və dünyadakı ən yaxşı komandadır. Xal itirsək hər şeyin bitəcəyini bilirik. Birinci yer uğrundakı yarış başa çatacaq".
Qeyd edək ki, "Manchester City" - "Liverpool" matçı yanvarın 3-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Çempionatda məğlub olmayan "Liverpul" 54 xalla birinci, "Manchester City" isə 47 xalla ikinci pillədə qərarlaşıb.