- Xəbər news
- 01:00 22.01.2026
İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi il yarımlıq fasilədən sonra karyerasını bərpa edib.
Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu ABŞ-da çıxış edəcək. Təcrübəli futbolçu MLS təmsilçisi "Real Solt-Leyk"də oynayacaq.
ABŞ-da anadan olan Rossi artıq yeni komandasının düşərgəsinə qoşulub. O, 2018-ci ilin yayında "Cenoa"dan ayrıldıqdan klubsuz idi.
Qeyd edək ki, Cüzeppe Rossi karyerası ərzində “Mançester Yunayted”, Nyukasl”, “Fiorentina”, “Vilyareal”, “Selta” və “Parma”da da çıxış edib.