26 mart 2026. Cümə axşamı

İrlandiya çempionatında möhtəşəm qol - VİDEO


İrlandiya çempionatında möhtəşəm qol - VİDEO

"Dandolk"un futbolçusu Cordan Flores İrlandiya çempionatının 4-cü turunda "Şemrok Rovers"lə səfər qarşılaşması zamanı möhtəşəm qola imza atıb.


Corner.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 22-ci dəqiqədə künc zərbəsindən gələn topu yerində dönərək, qüvvətli vuruşla qapıdan keçirib. Bununla da oyunda tarazlıq yaranıb - 1:1. Lakin görüş "Şemrok Rovers"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Dandolk" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. İrlandiyada 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi evdə 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. (report)







Xəbər news