- Xəbər news
- 21:58 14.03.2026
İngiltərə Futbol Federasiyası bu gün "Trabzonspor"la yollarını ayran Daniel Staricə növbəti cəza tətbiq edib.
Corner.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb onun mərc qaydalarını pozması olub. Belə ki, 30 yaşlı hücumçu 2018-ci ilin yanvar ayında mümkün transferi ilə bağlı qardaşı Leona bildirib. O, qardaşına "Sevilya"ya gedəcəyi ilə bağlı mərc şirkətində pul qoymağını istəyib.
Baş verənlərə görə qurum ötən ilin yayında Starici 4-ü şərti olmaqla, 6 həftəlik futboldan uzaqlaşdırılmışdı.
Təşkilatın apellyasiya komitəsi qərarı yenidən nəzərdən keçirib və iki qayda pozuntusunu sübut edərək cəzanı daha da sərtləşdirib. Yeni qərara əsasən, Staric 2020-ci ilin iyunun 17-ə kimi futboldan kənarlaşdırılıb.Bundan başqa, ingiltərəli futbolçu 150 min funt sterlinq məbləğində cərimələnib.