29 may 2026. Cümə

Burak Yılmaz Beşiktaş-da! - atası açıqladı


Burak Yılmaz Beşiktaş-da! - atası açıqladı
Trabzonspor-dan ayrılan Burak Yılmazın yeni klubu açıqlanıb.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun atası Fikrət Yılmaz açıqlama verib:

"Oğlum Beşiktaş-la bütün məsələlərdə anlaşıb. "Burak Yılmaz Beşiktaş-da yaza bilərsiniz. Burak Trabzonspor rəhbərliyi ilə son görüşündə 2 milyon avro alacağından vaz keçdi. Hər iki tərəf üçün xeyirli olmasını diləyirəm. Burak və mənim üçün Trabzonspor-un ayrı yeri var. İnşallah, çempion olarlar. Oğlum Trabzondan ayrıldı deyə əlaqələrimiz bitməyəcək". 

Hürriyet qəzetinə açıqlama verən Burak Yılmaz özü isə "Yuvama döndüm" deyib.

Qeyd edək ki, Burak Yılmaz 2006-2008-ci illərdə Beşiktaş-da çıxış edib.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı