26 mart 2026. Cümə axşamı

Ronaldinyo həbs olundu


Ronaldinyo həbs olundu

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Paraqvayda polislər tərəfindən saxlanılıb.

Corner.az xəbər verir ki, buna onun saxta sənəddən istifadə etməsi səbəb olub.

Məlumata görə, sabiq futbolçu qardaşı ilə bərabər Paraqvaya səyahət edib. Onların qaldığı oteldə əməliyyat keçirən polislər bir neçə şübhəli sənədlə rastlaşıblar. Yoxlanış zamanı Ronaldinyonun pasportunun saxta olduğu məlum olub. Qardaşlar hazırda polis bölməsindədirlər.

Məsələ ilə bağlı Paraqvay Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Ronaldinyo və qardaşına cinayyət işi açıldığı bildirilib.







Xəbər news