- Xəbər news
- 22:11 05.12.2025
Portuqaliya polisi "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun meneceri Jorje Mendeşin ofisində axtarış aparıb.
Corner.az "NBC Sports"a istinadən xəbər verir ki, Mendeş vergidən yayınmaqda şübhəli bilinir. Hüquq-mühafizə orqanları Portuqaliyanın "Porto", "Benfika" və "Sportinq" klublarının da ofislərində axtarış həyata keçirib. Ümumilikdə 76 axtarış aparılıb, prosesdə 180-dən çox polis əməkdaşı və 101 vergi müfəttişi iştirak edib.
Polis axtarış zamanı 2015-ci ildən həyata keçirilən pul köçürmələri və digər əməliyyatları əhatə edən sənədləri götürüb. Polis sənədləri həm kağız, həm də elektron formada müsadirə edib.
Axtarışların digər təfərrüatları açıqlanmayıb. (report)