Afrikanın ən yaxşısı adına 3 namizəd
Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.
Corner.az xəbər verir ki, bunlar Pier-Emerikc Aubameyang ("Arsenal", Qabon) və Sadio Mane ("Liverpool", Seneqal) və Məhəmməd Salahdır ("Liverpool", Misir).Maraqlıdır ki, ötən il də üçlükdə məhz bu hücumçular yer almışdı. İlin ən yaxşısı isə Salah seçilmişdi.Qeyd edək ki, mükafatın sahibi yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçirilən mərasimdə açıqlanacaq. (qol.az)