- Xəbər news
- 22:34 14.11.2024
ABŞ millisinin sabiq qapıçısı Tim Hovard karyerasını bərpa edib.
Corner.az xəbər verir ki, ötən ilin oktyabrında karyerasını bitirən 40 yaşlı qolkiper ABŞ-ın II Liqasında (USL) mübarizə aparan "Memfis 901" ilə müqavilə bağlayıb. Bu barədə kubun saytı məlumat yayıb. Müqavilə müddəti ilə bağlı açıqlama verilməyib.
Hovard həm də klubun səhmlərinin bir hissəsinə sahibdir. O, eyni zamanda klubun idman direktoru olacaq.
Qeyd edək ki, amerikalı qapıçı Avropada “Mançester Yunayted” və “Everton”un şərəfini qoruyub.