6 dekabr 2025. Şənbə

Van Persi məşqçiliyə başladı


Van Persi məşqçiliyə başladı

Hollandiya millisinin sabiq üzvü Robin van Persi məşqçiliyə başlayıb.

Corner.az xəbər verir ki, 36 yaşlı keçmiş hücumçu “Feyenoord”un məşqçilər korpusuna cəlb edilib. Bu klubun yetirməsi olan  Persi komandada hücumçularla işləyən məşqçi təyin edilib.

Rəhbərlik onun Robert Bojenik kimi gənc hücumçuların inkişafında böyük rol oynayacağını düşünür.

Qeyd edək ki, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”da da çıxış edən Persi karyerasını “Feyenoord”da başa vurmuşdu.(qol)







Xəbər news