15 dekabr 2025. Bazar ertəsi

"Mbappe fenomendir, əla futbolçudur" - Neymar


"Mbappe fenomendir, əla futbolçudur" - Neymar
PSG-nin hücumçusu Neymar komanda yoldaşı K.Mbappe'ni tərifləyib.

Corner.az-ın məlumatına görə, braziliyalı futbolçu oğlunun da Mbappe azarkeşi olduğunu bildirib:

"Oğlum Mbappe'ni çox sevir. Bir dəfə onu məşqə apardım, ancaq Mbappe haqda danışdı. Hətta məktəbdə yoldaşlarına göstərmək üçün onunla şəkil çəkdirmək istəyirdi. İstəyinə nail olduqdan sonra çox sevindi".

19 yaşlı forvardın PSG üçün önəmli oyunçu olduğunu söyləyən Neymar ona hər zaman qulaq asdıqlarını deyib: "Mən özümün komanda üçün nə demək olduğumu, məsuliyyətimi başa düşürəm və təzyiq hiss edirəm. Ancaq PSG-də başqa vacib futbolçular da var. Kylian da onlardan biridir. Komanda ona hörmət edir. Yaşından asılı olmayaraq, nəsə danışanda, hamımız ona qulaq asırıq. Burada hamı bir-birinə dəyər verir".

Braziliyalı futbolçu sonda Fransa çempionatının 9-cu turunun "Lyon"la oyununda (5:0) 4 qol vuran Mbappeni təbrik edib: "İlk növbədə onu təbrik etmək istəyirəm. Daha çox qol vura bilərdi. O, fenomendir, əla futbolçudur. Əminəm ki, bu cür oynamağa davam edəcək. Belədə futbol ona yalnız minnətdar ola bilər".

Qeyd edək ki, Mbappe "Lyon"la ev oyununda 13 dəqiqəyə poker edib.





Xəbər news