- Xəbər news
- 22:11 05.12.2025
"Marca" nəşri 2018-ci ilin ən yaxşı futbolçusunu seçib.
Corner.az-ın məlumatına görə, bu ada "Barcelona"nın kapitanı Lionel Messi layiq görülüb. Argentinalı futbolçu İspaniyanın dünyaca məşhur nəşrinin açıqladığı siyahıda Xorvatiya millisi və Real Madrid'in yarımmüdafiəçisi, "Qızıl top"un son qalibi Luka Modric və Atletico Madrid'in hücumçusu Antoine Griezmann'ı qabaqlayıb. Bu mövsümün əvvəlində Real Madrid'dən Juventus'a keçən Cristiano Ronaldo isə sıralamada 4-cü olub.
Qeyd edək ki, ilin 10 ən yaxşı futbolçusu arasında həmçinin PSG-dən Kylian Mbappe, Liverpool'dan Məhəmməd Salah, Chelsea'dən Eden Hazard, Real Madrid'dən Raphael Varane, Tottenham'dan Harry Kane və Manchester City'dən Kevin De Bruyne yer alıb.(qol.az)