6 dekabr 2025. Şənbə

Komandasının oyununa baxmaq üçün 290 min avro xərclədi


Komandasının oyununa baxmaq üçün 290 min avro xərclədi

Devid Bekhemin klubu olan “İnter Mayami” martın 14-də MLS-də ilk ev oyununu keçirəcək.

Corner.az “The Sun”a istinadən xəbər verir ki, əfsanəvi ingilis futbolçu matçı izləmək məqsədi ilə ailə üzvləri və dostları da daxil olmaqla 16 nəfərlə ABŞ-a yollanıb. Bunun üçün o, təyyarənin birinci sinfini seçib.

Bundan başqa onlar Mayamidə 5 ulduzlu “Soho Beach House”da qalacaqlar.  Bekhem bütün bunlara görə 250 min funt (290 min avro) ödəyib.(qol)







Xəbər news