- Xəbər news
- 22:34 14.11.2024
Argentina Superliqasının 23-cü- son turunun oyunları keçirilib.
Corner.az xəbər verir ki, "Boka Xuniors" öz meydanında "Gimnasiya"nı qəbul edib. Meydan sahibləri 72-ci dəqiqədə Karlos Tevesin vurduğu qolla Maradonanın çalışdırdığı kollektivi minimal hesabla məğlub edib.
Digər matçda isə son turadək sıralamaya liderlik edən "River Pleyt" səfərdə "Atletiko Tukuman"la heç-heçə edib- 1:1.
Beləliklə, ümumi nəticədə 48 xal toplayan "Boka Xuniors" "River Pleyt"i 1 xal qabaqlayaraq 34-cü dəfə Argentina çempionu olub.