31 yanvar 2026. Şənbə

Pyatekin gələcəyi haqda prezident açıqlama verdi


Pyatekin gələcəyi haqda prezident açıqlama verdi

Genoa-nın prezidenti Enriko Preçiosi, Avropa klublarının transfer hədəfi olanKşiştof Pyatekin gələcəyiylə bağlı danışıb.

Corner.az Goal.az-a istinadən xəbər verir ki, Preçiosi, polşalı forvardın mövsümün sonuna qədər komandada qalacağını deyib:

“Yaya qədər heç kim komandanı tərk etməyəcək. Pyatek və Kristian Kuameylə danışmışıq və onlar bizimlə qalacaq.

Bəzi mövqeləri gücləndirməyə ehtiyacımız var. Empoli-dən Rade Kruniçi transfer etmək istəyirik. Onun üçün rəsmi təklifimiz olub.

“Juventus-lu Stefano Sturaronu da komandaya cəlb etməyi düşünürük. Danışıqlar gedir, ümid edirəm ki, o da bizə qoşulacaq”.

Qeyd edək ki, Pyatek 13 qolla, A Seriyasında bombardirlik yarışında Kriştiano Ronaldoyla yarışır. Onunla Real, Barcelona və Chelsea yaxından maraqlanır.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO