- Xəbər news
- 22:34 14.11.2024
Millimizin və "Aleksandriya"nın futbolçusu Pavel Paşayev Urayna Premyer Liqasında yubiley oyununa çıxıb.
Corner.az xəbər verir ki, ötən gün 22-ci turda “Dinamo Kiyev”ə qarşı görüş (1:3) Paşayevin çempionatda 200-cü matçı olub.
32 yaşlı müdafiəçi “Aleksandriya”da 61, “Krivbass”da 34, “Metallurq” və “Stal”da 29, “Dnepr”də 24, “Karpatı”da isə 23 çempionat matçına çıxıb.
Paşayevin komandaları bu 200 oyunun 74-də qələbə qazanıb, 61-də heç-heçə edib, 65-də isə uduzub.