- Xəbər news
- 22:34 14.11.2024
Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının Asiya bölgəsi üzrə mart və iyunda oynanılacaq seçmə mərhələ matçları təxirə salınıb.
Corner.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Qərarın verilməsində məqsəd isə koronavirusun yayılmasının qarşısını almaqdır. Ona görə də 23-31 mart və 1-9 iyunda keçirilməli olan qarşılaşmalar təxirə salınıb.
Qərarın Asiya Futbol Konfederasiyası və FİFA-nın qarşılıqlı razılaşması ilə qəbul edildiyi və oyunların hansı tarixdə keçiriləcəyi haqda yaxın günlərdə məlumat veriləcəyi bildirilib.