- Xəbər news
- 22:34 14.11.2024
"Barselona"nın futbolçusu Lionel Messi hazırda həbsdə olan sabiq komanda yoldaşı Ronaldinyoya kömək etməyə qərar verib.
Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, argentinalı hücumçu Braziliya millisinin sabiq futbolçu və qardaşının həbsdən çıxarılması üçün vəkil tutub. Messinin Ronaldinyonun zaminə buraxılmasına görə 4 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.
Qeyd edək ki, Messinin "Barselona"dakı ilk rəsmi qolunun ötürməsinin məhz Ronaldinyo verib.
Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.(qol)