2 fevral 2026. Bazar ertəsi

Məşhur boksçu Premyer Liqa klubunu almaq istəyir


Məşhur boksçu Premyer Liqa klubunu almaq istəyir

Əfsanəvi boksçu Floyd Meyvezer İngiltərədən klub almağa hazırlaşır.

Corner.az xəbər verir ki, 43 yaşlı dünya çempionu Premyer Liqa təmsilçisi “Nyukasl”ın səhmlərini almaq istəyir. Bunu keçmiş boksçu Britanina mətbuatına açıqlamasında özü deyib:

“ABŞ-da bu idman növünə sokker deyirik. “Nyukasl” inanılmaz klubdur. Klubu almağımı istəyirsizsə, mənə xəbər verin”.

Meyvezer bundan əvvəl də “Nyukasl” azarkeşləriylə bir görüş keçirib və klubu satın almaqda maraqlı olduğunu onlara bildirib.

Qeyd edək ki, amerikalı idmançı karyerasını 2017-ci ildə başa vurub. O, peşəkar boksda 50 döyüş keçirib və 27-si nokaut olmaqla hamısında qalib gəlib.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO