15 avqust 2026. Şənbə

Dadaşov ABŞ-da həftənin futbolçusu seçildi - VİDEO


Dadaşov ABŞ-da həftənin futbolçusu seçildi - VİDEO

Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ-ın USL müntəzəm çempionatında I turun oyunçusu seçilib.

Corner.az-ın məlumatına görə, "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərindən üstün olub. Dadaşov həftənin komandasında da yer alıb.

Qeyd edək ki, Rüfət Dadaşov I turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib. 







Xəbər news