- Xəbər news
- 01:00 22.01.2026
İngiltərə millisinin sabiq üzvü Con Terri həyat yoldaşının xahişi ilə evini satışa çıxarıb.
Corner.az "The Sun"a istinadən xəbər verir ki, onun xanımı 2017-ci ildə sözügedən evdə olan oğurluq hadisəsini unuda bilmədiyi üçün bu addım atılıb. "Aston Villa"nın məşqçisinin evini 5.5 milyon funt stertlinqə (təqribən 6 milyon avro) satacağı bildirilib.
Qeyd edək ki, cinayətkarlar 2017-ci ildə Terrinin evindən 400 min funt sterlinq dəyərində qiymətli əşyalar oğurlayıb.Onun həyat yoldaşının bu hadisədən sonra özünü təhlükəsiz hiss etmədiyi bildiriib.
Xatırladaq ki, cinayətkarlar 27 il müddətinə azadlıqdan məhrum edilib.(qol)