2 fevral 2026. Bazar ertəsi

MLS-də də oyunlar təxirə salındı


MLS-də də oyunlar təxirə salındı
Koronavirus pandemiyası ilə əlaqədar daha bir futbol çempionatının dayandırılıb.
 
Corner.az xəbər verir ki,  ABŞ və Kanada klublarının birgə mübarizə apardığı MLS çempionatında oyunlar təxirə salınıb.
 
MLS-in rəsmi saytının açıqladığı məlumata görə,  30 gün müddətində heç bir oyun baş tutmayacaq. Amma MLS rəhbərliyi bu müddətin artırılmasını da istisna etməyib
 
Qeyd edək ki, artıq Avropanın əksər aparıcı ölkələrində də futbol çempionatlarına məcburi fasilə verilib. Bunların arasında İtaliya, İspaniya, Niderland, Portuqaliya, Norveç, İsveçrə, Rumıniya, Macarıstan, Slovakiya, Danimarka, Gürcüstan və digər ölkələr də var. Cənubi Koreya, Yaponiya, İran, Meksika, Kolumbiya və  bir neçə ölkə də eyni qərarları qəbul edib.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO