- Xəbər news
- 01:00 22.01.2026
Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Ronaldinyo Paraqvaydakı həbsxanada turnirin qalibi olub.
Corner.az-ın məlumatına görə, final qarşılaşmasında 40 yaşlı sabiq yarımmüdafiəçinin komandası rəqibə 11:2 hesabı ilə qalib gəlib. Ronaldinyo bu görüşdə 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Ronaldinyonun komandası bu qələbəyə ilə 16 kq-lıq donuz balası qazanıb.
Qeyd edək ki, Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Paraqvay hava limanında saxta pasport təqdim edib. Martın 5-də yerli prokurorluq "sambaçılar"ın həbsinə dair order versə də, ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərar verib.
Əlavə edək ki, Ronaldinyo Avropada PSJ, "Barselona" və "Milan" klublarında çıxış edib. O, Braziliya komandalarının da şərəfini qoruyub.