26 mart 2026. Cümə axşamı

Almeyda komandasına qələbə qazandırdı


Almeyda komandasına qələbə qazandırdı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 19-cu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu “Baniyas” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv öz doğma meydanında “İttihad Kalba” ilə qarşılaşıb. Almeydanın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək meydanda olub.
 
Komandasının ilk qolunu da Almeyda qeyd edib. O, 52-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə matçda hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə isə “Baniyas” qələbə qolunu vurub.
 
“Baniyas” 19 oyuna topladığı 23 xalla 14 iştirakçı arasında 9-cudu.






Xəbər news