26 mart 2026. Cümə axşamı

Paşayevin komandasından qələbə


Paşayevin komandasından qələbə
Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti oyununa çıxıb.
 
Sözügedən komanda öz doğma meydanında “Kolos”u qəbul edib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 4:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək meydanda olub.
 
“Aleksandriya” 23 turdan sonra 40 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.






Xəbər news