26 mart 2026. Cümə axşamı

Ronaldo mehmanxanalarını pulsuz istifadəyə verəcək - FOTO


Ronaldo mehmanxanalarını pulsuz istifadəyə verəcək - FOTO

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo Portuqaliyadakı mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək.

Bu barədə Corner.az xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, portuqaliyalı futbolçu xəstəxanalarda işləyəcək həkimlərə və digər işçilərə maaşı da verəcək.

Qeyd edək ki, Ronaldo onunla eyni klubda çıxış edən Daniele Ruqanidə təsdiq edilmiş koronavirusa görə İtaliyaya qayıtmamağa qərar verib.

Əlavə edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çində qeydə alınıb.








Xəbər news