11 may 2026. Bazar ertəsi

Aqolli Qarabağ'ı belə yad etdi - FOTO


Aqolli Qarabağ'ı belə yad etdi - FOTO
"Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli “İnstaqram” səhifəsindəki paylaşımında keçmiş komandasına qarşı sadiqliyini nümayiş etdirib.
 
Corner.az xəbər verir ki, almaniyalı futbolçu Ağdam klubundan getməsinin 1 illiyi münasibəti ilə Azərbaycan dilində belə yazıb:
 
“Bir il əvvəl bu gün “Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”.
 
Qeyd edək ki, təcrübəli futbolçu bu mesajı hazırda karyerasını davam etdirdiyi ABŞ-dan yazsa da, paylaşım yeri olaraq Ağdam şəhərini qeyd edib.
 
Əlavə edək ki, Aqollinin “Qarabağ”da son oyunu bir il öncə Premyer Liqada “Səbail”ə qarşı səfər matçında olub.








Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı