26 mart 2026. Cümə axşamı

Poqba koronavirusla mübarizə üçün pul toplamağa başladı - FOTO


Poqba koronavirusla mübarizə üçün pul toplamağa başladı - FOTO

"Mançester Yunayted"in futbolçusu Pol Poqba "İnstagram"dakı izləyiciləri arasında pul yığımına başlayıb. 

Corner.az-ın məlumatına görə, məqsəd koronavirusla mübarizədə UNICEF-ə dəstək olmaqdır.

Martın 15-də Poqbanın 27 yaşı tamamlanıb. Bu münasibətlə fransalı yarımmüdafiəçi bildirib ki, 27 000 funt sterlinq (30 000 ABŞ dolları) yığılan kimi məbləği ikiqat artıracaq: "Xoşbəxtəm ki, ailəm, dostlarım və özümün sağ-salamatıq. Amma heç də hamı sağlam deyil. Koronavirus pandemiyası çoxunun, o cümlədən, uşaqların həyatına təsir edir. Belə bir vaxtda biz birgə çalışmalıyıq".

Qeyd edək ki, Pol Poqba Fransa millisinin üzvü kimi 2018-ci il dünya çempionatında qızıl medal qazanıb.(report)







Xəbər news