30 noyabr 2024. Şənbə

Ronaldinyo azadlığa buraxılmadı


Ronaldinyo azadlığa buraxılmadı

Paraqvay məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini rədd edib.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, sabiq oyunçunun vəkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Bunun üçün 1.4 milyon avro məbləğində girov təklif olunsa da, məhkəmə bundan imtina edib.

Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.(qol)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir