- Xəbər news
- 22:34 14.11.2024
Bu il keçirilməli olan futbol üzrə Amerika kuboku təxirə salınıb.
Corner.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) məlumat yayıb.
Buna səbəb kimi dünyada sürətlə yayılan koronavirus pandemiyası göstərilir. Kolumbiya və Argentinanın birgə ev sahibliyi edəcəyi Amerika kuboku bir il sonraya – 2021-ci ilin iyun ayına təxirə salınıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulan Avro-2020-nin də bir il sonraya keçirilməsinə qərar verilib.