11 may 2026. Bazar ertəsi

İbrahimoviç yardım aksiyasına başladı - VİDEO


İbrahimoviç yardım aksiyasına başladı - VİDEO

"Milan"nın futbolçusu Zlatan İbrahimoviç koronavirus səbəbindən yardım aksiyasına başlayıb.

Corner.az-ın məlumatına görə, 39 yaşlı hücumçu bunu "Facebook" hesabı vasitəsi ilə açıqlayıb. İtaliyanın ona çox şey verdiyini bildirən isveçli forvard sevdiyi ölkəyə kömək etmək üçün konkret iş görməli olduğunu vurğulayıb.

Təcrübəli oyunçu koronavirusla mübarizəyə 100 min avro bağışlayıb və "Gofundme.com" saytı vasitəsilə imkanı olan hər kəsi aksiyaya dəstək olmağa çağırıb. İbrahimoviç son olaraq paylaşımında bu sözləri yazıb: "Unutmayın: Virus Zlatana gəlmirsə, Zlatan virusa gedər"!

Qeyd edək ki, İtaliyada koronavirus qurbanlarının sayı 2,5 min nəfəri ötüb. (report)







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı