- Xəbər news
- 22:34 14.11.2024
Qazaxıstanın "Kaspiy" klubu koronavirusa görə ölkədə yaranan vəziyyətlə bağlı futbolçuların müqavilələrini dondurub.
Corner.az "Kazfootball" nəşrinə istinadən xəbər verir ki, komanda oyunçularına məktub göndərib. Məktubda bildirilib ki, bu durum davam edənə qədər maaş almayacaqlar.
Qeyd edək ki, 2020-ci ildə Qazaxıstan çempionatında iki tur keçirilib və "Kaspiy" hər iki matçda məğlub olub. Ölkədəki bütün futbol yarışları aprelin 15-dək dayandırılıb.
Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report)