- Xəbər news
- 22:34 14.11.2024
"Latsio"nun futbolçusu Çiro İmmobile Kriştiano Ronaldo və Lionel Messiyə olan rəğbətindən danışıb.
Corner.az xəbər verir ki, 30 yaşlı hücumçu bununla bağlı "Football İtalia"ya açıqlamasında deyib: "Messi ilə forma dəyişdirmək istəyərdim. Ronaldo ilə "Yuventus"dakı ilk oyunlardan birindən sonra bunu etmişəm.
İtaliya və Argentina arasında yoldaşlıq matçında Messi oynamasa da, onunla şəkil çəkdirmişdim. Messi ilə oğlu haqda danışdıq. Ondan oğluna niyə Çiro adını qoyduğunu soruşdum".(qol)