- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə Yaponiya liqalarında reqlament dəyişdirilib.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, assosiasiya bu mövsüm heç bir klubun J1 liqasını tərk etməyəcəyini açıqlayıb.
Oyunlarının 75 faizi keçirilən aşağı dəstədə ilk 2 yeri tutan komandalar elitaya yüksələcəklər. Bununla da gələn mövsüm Yaponiyanın əsas çempionatında ənənəvi olaraq 18 deyil, 20 komanda mübarizə aparacaq. Əvəzində isə növbəti mövsümün sonunda 4 klub aşağı liqaya düşəcək.
Qeyd edək ki, J1 liqasında yalnız I turun oyunları keçirilib. Yaponiya Futbol Assosiasiyası fevralın 23-də bütün liqaların qeyri-müəyyən müddətədək təxirə salındığını açıqlayıb. Çempionatın iyulun 24-də yenidən start götürməsi gözlənilir.(report)