- Xəbər news
- 01:00 22.01.2026
"France Football” nəşri dünyanın ən çox qazanan məşqçilərinin adlarını açıqlayıb.
Corner.az xəbər verir ki, təhlil əmək haqqı, bonuslar və imic hüuquqlarından əldə edilən gəlirlərə əsasən aparılıb.
Siyahıya “Atletiko”un baş məşqçisi Dieqo Simeone başçılıq edir. Onun illik qazancı 40.5 milyon avro olub. “İnter”in çalışdırıcısı Antonio Konte 30 milyon avro gəlirlə ikincidir.
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə ilinə 27.5 milyon avro qazanmaqla üçüncü yerdə qərarlaşıb.(qol)