25 mart 2026. Çərşənbə

Girov götürülən 2 futbolçu qurtarıldı


Girov götürülən 2 futbolçu qurtarıldı
Nigeriyada kimliyi bilinməyən silahlı adamlar tərəfindən girov götürülən futbolçular qurtarılıb.
 
Corner.az xəbər verir ki, bu barədə yerli mətbuata Nigeriya polisindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, Nigeriya millisinin futbolçuları Dayo Ojo və Benjamin İluyomade artıq qurtarıldığını açıqlayıb. Əməliyyatın detalları açıqlanmasa da, hər iki futbolçunun sağlıq durumunun yaxşı olduğu bildirilib.
 
Xatırladaq ki, Ojo və İluyomade iki gün əvvəl ölkənin Benin-Akure yolunda avtomobillə hərəkətdə olarkən naməlum şəxslər tərəfindən saxlanılmışdılar. Cinayətkarlar qaçırılan futbolçuların sərbəst buraxılması üçün 100 milyon naira (təxminən 450 min AZN) tələb etmişdilər.






Xəbər news