- Xəbər news
- 15:12 27.11.2025
2018-ci ildə Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçunun adı açıqlanıb.
Corner.az Goal.az-a istinadən xəbər verir ki, “Sambafoot” tərəfindən aparılan sorğuda Liverpool-un hücumçusu Roberto Firmino həmyerlilərini qabaqlayıb. O, səslərin 21,79 faizini toplamaqla qalib olub. 27 yaşlı forvarda “Samba Gold” mükafatı təqdim olunub.
Sonrakı yerləri Real-ın müdafiəçisi Marselo (20,51) və PSG-nin hücumçusu Neymar (18,67) tutub.